BAKI, 27 may. TELEQRAF

ABŞ dövlət katibinin köməkçisinin müavini Ceykob Makqi Ermənistanda səfərdədir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat verib.

ABŞ rəsmisi səfəri çərçivəsində Ermənistan Xarici İşlər Nazirliyinin təşkil etdiyi “İrəvan Dialoqu” adlı beynəlxalq konfransa qatılıb.

Dövlət katibinin köməkçisinin müavini Makqi dini etiqad azadlığı ilə bağlı müzakirələrdə çıxış edib.