BAKI, 26 may. TELEQRAF

İrəvanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə Fransa xarici işlər naziri Jan-Noel Barro arasında təkbətək görüş keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

Xatırladaq ki, Fransa xarici işlər naziri Jan-Noel Barro beynəlxalq “İrəvan Dialoqu” formunda iştirak etmək üçün bu gün Ermənistana səfər edib.