BAKI, 26 may. TELEQRAF

Ermənistanın paytaxtı İrəvandakı Fransa səfirliyi yaxınlığında etiraz aksiyası keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Aksiya iştirakçıları Fransa xarici işlər naziri Jan-Noel Barronun İrəvana səfəri fonunda “Avropa İttifaqının Cənubi Qafqazdakı proseslərə müdaxiləsi”nə etiraz ediblər.

Ermənilər Fransa və Avropa İttifaqını 44 günlük müharibədə Ermənistana dəstək verməməkdə günahlandırıblar.

Aksiya “Birgə” adlı hərəkat tərəfindən təşkil olunub.

Xatırladaq ki, Fransa xarici işlər naziri Jan-Noel Barro beynəlxalq “İrəvan Dialoqu” formunda iştirak etmək üçün bu gün Ermənistana səfər edib.