TBİLİSİ, 29 aprel. TELEQRAF

Ermənistanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili erməni həmkarı Vaaqn Xaçaturyanla təktəbək görüş keçirib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, görüşdə iki ölkə arasında dostluq münasibətləri və Gürcüstan-Ermənistan tərəfdaşlığının dərinləşdirilməsi perspektivləri müzakirə olunub.

Tərəflər Gürcüstan və Ermənistanda cari siyasi prosesləri də nəzərdən keçiriblər, regional sülh və sabitliyin vacibliyini vurğulayıblar.

***

10:30

TBİLİSİ, 29 aprel. TELEQRAF

İrəvanda Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Ermənistan Prezidenti Vaaqn Xaçaturyan arasında təktəbək görüş başlayıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, dövlət başçılarının iştirakı ilə geniş tərkibdə də görüş keçiriləcək.

Daha sonra prezidentlər mətbuata bəyanatlarla çıxış edəcəklər.

M.Kavelaşvilinin bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan və Dünya ermənilərinin katalikosu II Qareginlə də görüşləri planlaşdırılıb.