CƏLİLABAD, 22 yanvar. TELEQRAF

Cəlilabadda yolun buz bağlaması qəzaya səbəb olub.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə yeni Ələt–Astara magistral yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

Astara istiqamətində hərəkətdə olan minik avtomobilinin sürücüsü körpünün altından keçərkən qəflətən idarəetməni itirib. Nəticədə avtomobil sürüşərək yol kənarına aşıb.

Qəza zamanı avtomobildə olan iki nəfər — Lənkəran sakinləri ağır bədən xəsarətləri alaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.