BAKI, 5 oktyabr. TELEQRAF
Macarıstan bu həftə Ukraynanın Avropa İttifaqına üzvlük danışıqlarına qoyduğu vetonu ləğv etməyə hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Məlumata görə, Macarıstanın Baş naziri Peter Madyar diplomatlara Ukrayna və Moldovaya danışıqların növbəti mərhələsi üçün məktubların göndərilməsinə mane olmamağı tapşırıb.