BAKI, 9 sentyabr. TELEQRAF

“Almaniyanın hərbi potensialının artırılması fonunda radikal millətçi “Almaniya üçün Alternativ” (AfD) Partiyasının seçkilərdə qalib gəlməsi Avropanın təhlükəsizliyi üçün təhdidə çevirə bilər”.

Teleqraf xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski deyib.

Polşa XİN rəhbəri Almaniya ordusunun gücləndirilməsini dəstəklədiyini də vurğulayıb: “İstəyimiz budur ki, Almaniya ümumi təhlükəsizliyimizin təmin edilməsində demokratik rəhbərlik altında və Avropanın ən böyük iqtisadiyyatı kimi mühüm rol oynasın”.

Amma Sikorski hesab edir ki, Almaniyanın yenidən silahlanması fonunda AfD-nin güclənməsi qonşu ölkələr üçün ciddi risklər yarada bilər.

Xatırladaq ki, AfD Saksoniya-Anxalt əyalətinin parlamentinə keçirilən seçkilərdə 43,8 faiz səslə qalib gəlib. Hakim Xristian-Demokrat İttifaqı isə 17,2 faiz səs toplayıb.