BAKI, 8 sentyabr. TELEQRAF

“ABŞ prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və kürəkəni Cared Kuşner Ukraynaya əvvəlkilərdən daha pis sülh təklifləri gətiriblər”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Anna Skoroxod deyib.

“Bu, heç də irəliləyiş deyil, bizə əvvəlkindən daha pis şərtlərlə gəldilər. Şərtləri daha da pisləşdiriblər. Əgər əvvəllər Konstitusiyaya dəyişiklik edilməsi və Rusiya tərəfindən işğal edilmiş ərazilərin tanınması tələb olunmurdusa, indi bunu tələb edirlər. Orada demək istəmədiyim bir sıra başqa nüanslar da var, çünki bu məlumatı qeyri-rəsmi mənbədən əldə etmişəm”, - ukraynalı parlamentari bildirib.