BAKI, 5 sentyabr. TELEQRAF
“Rusiya tərəfi Almaniya hakimiyyətindən tarixi ədaləti bərpa etməyi, Üçüncü Reyxin və əlaltılarının SSRİ xalqlarına qarşı törətdiyi cinayətləri xalqların soyqırımı kimi tanımağı tələb edir”.
Teleqraf xəbər verir ki, bunu Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev deyib.
“Çoxsaylı qurbanlara qarşı törədilmiş cinayətlərin sovet xalqının soyqırımı kimi tanınmasını israrla tələb etdiyimizi bir daha bəyan edirik. Çünki hərbi əsirlər və zorla başqa yerlərə aparılan insanlarla belə rəftar etmək olmazdı. Biz bunu ancaq aprelin 19-da - Soyqırımı qurbanlarının Anım Günündə deyil, hər dəfə xatırlayırıq. Bu, bizim tarixi və memorial istiqamətdə apardığımız əsas işlərin bir hissəsidir”, - diplomat bildirib.
Sergey Neçayev qeyd edib ki, səfirlik və Rusiyanın bütün xarici nümayəndəlikləri bu işlə məşğuldur.