BAKI, 4 sentyabr. TELEQRAF

“Ukraynaya Rusiyaya zərbələr endirmək üçün silah və kəşfiyyat məlumatları təqdim edən Avropa İttifaqı (Aİ) ölkələri məsuliyyətsiz davranırlar”.

Teleqraf xəbər verir ki, bunu Bolqarıstan Baş naziri Rumen Radev Almaniyanın Leypsiq şəhərində baş verən və Rusiya ilə əlaqələndirilən dron insidentini şərh edərkən deyib.

Hökumət başçısı Aİ və NATO-nun bununla bağlı qiymətləndirmələri ilə razı olduğunu söyləsə də, Ukraynaya silah verilməsinə qarşı çıxıb:

“Bəs Rusiyanın dərinliklərinə, minlərlə kilometr məsafəyə zərbələr endirmək üçün öz uzaqmənzilli silahlar göndərən aparıcı Avropa dövlətlərinin hərəkətləri məsuliyyətsizlik deyilmi? Üstəlik, Avropa həm məlumat, həm də təlimatçılar da ötürür. Bu, məsuliyyətsizlik deyilmi? Gəlin gözlərimizi yummayaq: başqa bir dövlətin arxa cəbhəsinə hücum etsək, bunun qarşılığında nə gözləyə bilərik? Buna sakit baxacaq, yoxsa cavab verəcək? Əsas sual budur”.

Radev iddia edib ki, Qərb Rusiya üzərində qələbə qazanmağa çalışır, amma Rusiyanın dünyanın ən böyük nüvə dövlətlərindən biri olması və Avropanın onun hipersəs raketlərinə qarşı müdafiəsiz olması faktını nəzərə almır:

“Avropa Rusiyasız mövcud ola bilər, amma Avropanın Rusiya qarşında uzun müddət mövcud olması çətin olacaq”.