BAKI, 3 sentyabr. TELEQRAF

Ukrayna Hərbi Dəniz Qüvvələri (HDQ) Rusiyanın Soçi şəhərinin limanında “Nefrit” çoxməqsədli təminat gəmisinə dronlarla zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Gəminin olduğu ərazidə güclü partlayış baş verib.

Qeyd edilib ki, “Nefrit” neft-qaz əməliyyatlarını təmin edir, dənizdə yerləşən obyektlərə xidmət göstərir, yük və personal daşıyır, həmçinin sualtı-texniki işlər həyata keçirirdi. HDQ-nin bildirdiyinə görə, gəminin fəaliyyəti Rusiyanın hərbi iqtisadiyyatına və Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsinə birbaşa dəstək olub.