BAKI, 3 avqust. TELEQRAF

Ukrayna Müdafiə Qüvvələri FP-1 dronları ilə Rusiyanın Vladimir vilayətində yerləşən “Wildberries” şirkətinin logistika mərkəzinə zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın müdafiə şirkəti “Fire Point” məlumat yayıb.

Hədəfə alınan logistika kompleksi “Wildberries”in ən iri obyektlərindən biridir.

“Fire Point”in açıqlamasında qeyd olunub ki, iri logistika mərkəzlərinin sistemli şəkildə vurulması Rusiyaya əlavə iqtisadi təzyiq yaradır, təchizat zəncirlərini pozur, infrastrukturun bərpası xərclərini artırır və Rusiyanın elektron ticarət bazarının ən böyük iştirakçılarından birinin fəaliyyətinə mənfi təsir göstərir.