BAKI, 30 iyul. TELEQRAF

“Böyük ehtimalla, Rusiya Silahlı Qüvvələrinə məxsus X-101 qanadlı raketi Polşanın Lyublin vilayətininin ərazisinə düşüb”.

Teleqraf xəbər verir ki, bu barədə Polşa Baş naziri Donald Tusk Lyublində keçirilən böhran qərargahının iclasında bildirib.

Tuskun sözlərinə görə, bütün əlamətlər raketin Rusiyaya məxsus X-101 olduğunu göstərir.

O qeyd edib ki, səlahiyyətli qurumlar insidentin bütün təfərrüatlarını araşdırırlar.

Xatırladaq ki, Ukrayna tərəfi bundan öncə Rusiya ordusunun ölkə ərazisinə atdığı raketin Polşaya düşməsi haqda məlumat yaymışdı.