BAKI, 28 iyul. TELEQRAF

Polşanın Ukraynaya qarşı ərazi iddiası yoxdur.

Teleqraf xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Polşa Xarici İşlər Nazirliyinin saytında yerləşdirilmiş açıqlamada deyilir:

“Polşanın Ukraynaya qarşı heç vaxt ərazi iddiaları olmayıb, olmayacaq da”.

Qeyd edək ki, bu, Varşavanın Rusiya Prezidenti Vladimir Putinin Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti ilə görüşdə söylədiklərinə cavabdır. Rusiya lideri Ukraynanın əvvəllər Polşa, Macarıstan və Rumıniyaya məxsus olan qərb ərazilərini gec-tez itirəcəyini iddia edir.