BAKI, 27 iyul. TELEQRAF

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi işğal altındakı Krımda Rusiyaya məxsus S-400 “Triumf” zenit-raket kompleksini məhv etdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, Baş Kəşfiyyat İdarəsinin pilotsuz sistemlər bölməsi Krım yarımadasında yerləşən S-400 kompleksini aşkarlayaraq ona zərbə endirib.

Bildirilib ki, hücum nəticəsində kompleksin buraxılış qurğusu və 96L6 radiolokasiya stansiyası məhv edilib.

Ukrayna kəşfiyyatı Rusiyanın hava hücumundan müdafiə sisteminə məxsus hədəflərin vurulmasını əks etdirən videogörüntüləri də yayımlayıb. Rusiya tərəfi isə bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.