BAKI, 13 iyul. TELEQRAF
Polşa yaxın illərdə Amerika istehsalı olan silah və hərbi texnikanın alınmasına ən azı 150 milyard dollar xərcləməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Sezari Tomçik "RMF FM" radiostansiyasının efirində məlumat verib.
"Ölkə indiyədək ABŞ-dən avadanlıqların alınması və müxtəlif servis bazalarının yaradılması üçün təxminən 65 milyard dollar xərcləyib, qarşıdakı illərdə isə bu rəqəmin 150 milyard dollara çatdırılması hədəflənir",- o qeyd edib.