BAKI, 4 iyul. TELEQRAF
“NATO Rusiyanın eskalasiyanı davam etdirərək alyansla açıq qarşıdurmaya keçə biləcəyi ssenariyə hazır olmalıdır”.
Teleqraf xəbər verir ki, bunu Latviya Prezidenti Edqars Rinkeviçs deyib.
Dövlət başçısı bildirib ki, NATO ölkələri alyansa qarşı istənilən hücumun ciddi nəticələr doğuracağına dair Rusiyaya açıq mesajlar verməlidir.
“Əgər Rusiya NATO-ya meydan oxusa, alyansın cavabı mütənasib olacaq”, - Latviya Prezidenti vurğulayıb.
Rinkeviçsin sözlərinə görə, Ukraynada ədalətli sülhə nail olmaq Avropa dövlətlərinin fəal iştirakı olmadan mümkün deyil. Rinkeviçs əlavə edib ki, Ukraynanın Avropa İttifaqına üzvlüyü təhlükəsizlik baxımından Avropanın maraqlarına uyğundur.