BAKI, 19 iyun. TELEQRAF

Macarıstan Prezidenti Tamaş Şuyok Konstitusiyaya edilən 16-cı düzəlişi imzalayıb. Bu düzəliş baş nazir vəzifəsində istənilən şəxsin yalnız iki dördillik müddət ərzində çalışmasını nəzərdə tutur.

Teleqraf xəbər verir ki, bundan əvvəl Macarıstan parlamenti tərəfindən qəbul edilmiş sənəd geriyə qüvvəyə malikdir və keçmiş baş nazir Viktor Orbanın yenidən bu vəzifəyə namizəd olmasına imkan verməyəcək.

Xatırladaq ki, hazırkı Baş nazir Peter Madyar seçki kampaniyası zamanı Viktor Orbanın yenidən Macarıstana rəhbərlik etməyəcəyinə söz vermişdi.