BAKI, 16 iyun. TELEQRAF

Serbiya Prezidenti Aleksandr Vuçiç Gürcüstan Baş naziri İrakli Kobaxidzeni payızda Belqrada səfərə dəvət edib.

Teleqraf xəbər verir ki, dövlət başçısı səfər çərçivəsində iki ölkə arasında azad ticarət sazişinin imzalanacağına ümid etdiyini bildirib.

“Ümid edirəm, Baş nazir Kobaxidze Belqradda (10-12 oktyabr tarixlərində) keçiriləcək və Avropada üçüncü və ya dördüncü ən böyük şərab sərgisi “Vine Vision” ərəfəsində Belqrada səfər edəcək və bu çərçivədə azad ticarət müqaviləsi imzalayacağıq”, - Vuçiç qeyd edib.