BAKI, 16 iyun. TELEQRAF
Macarıstan parlamenti baş nazirin səlahiyyətlərini maksimum iki müddətə məhdudlaşdıran konstitusiya düzəlişi qəbul edib, bununla da keçmiş hökumət başçısı Viktor Orbanın yenidən vəzifəyə namizədliyini irəli sürməsinin qarşısı alınıb.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“Parlament tərəfindən təsdiqlənən konstitusiya dəyişikliyi baş nazirin səlahiyyət müddətini iki dörd illik müddətlə məhdudlaşdırır, bu da Orbanın geri qayıtmasını qeyri-mümkün edir. Qeyd etmək lazımdır ki, o, bu vəzifəni 2010-cu ildən başlayaraq ardıcıl olaraq beş dəfə tutub”, - nəşr bildirib.
Mənbə xatırladıb ki, bu dəyişiklik hazırkı Macarıstan Baş naziri Peter Madyarın seçki kampaniyası vədlərindən biri olub. Madyar əvvəllər dəfələrlə ölkədə dərinləşən avtoritarizmin qarşısını almaq və Macarıstanı Avropa İttifaqına qaytarmaq niyyətində olduğunu bəyan etmişdi.