BAKI, 9 iyun. TELEQRAF

“Ukrayna heç vaxt Rusiyanın xeyrinə Donbasdan imtina etməyəcək”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Ukrayna lideri qeyd edib ki, may ayında gizlicə Kiyevə səfər edən rusiyalı oliqarx Roman Abramoviçə Moskvanın istədiyi kimi Donbasdan heç vaxt imtina etməyəcəyini bildirib.