BAKI, 6 iyun. TELEQRAF

Macarıstanın yeni hökuməti dövlət televiziyası, radiosu və xəbər agentliklərinin fəaliyyətini kökündən dəyişdirəcək yeni qanun layihəsi hazırlayıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Baş naziri Peter Madyar məlumat verib.

O, sənədin gələn həftə parlamentə təqdim ediləcəyini bildirib.

Baş nazir qeyd edib ki, islahatların əsas məqsədi dövlət təbliğatına son qoymaq və vətəndaşlara yalnız düzgün, qərəzsiz xəbərlər çatdırmaqdır.