BAKI, 5 iyun. TELEQRAF
İrlandiya Ədliyyə, Daxili İşlər və Miqrasiya Nazirliyi İsrailin maliyyə naziri Bezalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin ölkəyə girişini qadağan edib.
Teleqraf xəbər verir ki, bu barədə İrlandiya Baş naziri Mixol Martin bildirib.
Martin Ben-Qvir və Smotriçə qarşı məhdudiyyətlərin Avropa İttifaqı (Aİ) səviyyəsində də qəbul edilməli olduğunu vurğulayıb. Baş nazir əlavə edib ki, hər iki nazir “Fələstin ərazisində fələstinliləri məhv etmək lazımdır” kimi şərh edilə biləcək açıqlamalar verib.