BAKI, 3 iyun. TELEQRAF
“Macarıstan Rusiya-Ukrayna müharibəsinin həllinə diplomatik töhfə verməyə hazırdır və danışıqlar üçün məkan ola bilər”.
Teleqraf xəbər verir ki, bunu Macarıstan Baş naziri Peter Madyar deyib.
“Ukraynaya diplomatik və humanitar yardım göstərə bilərik. Həmçinin Macarıstanın danışıqlar üçün məkan olması mümkündür”, - Baş nazir vurğulayıb.
Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə gəlincə, Madyar qeyd edib ki, bunu yalnız beynəlxalq ictimaiyyət təmin edə bilər.
“Macarıstan burada həlledici rol oynaya bilməz, bu, böyük dövlətlərin səlahiyyətidir”, - hökumət başçısı əlavə edib.