BAKI, 2 iyun. TELEQRAF

İspaniya hökuməti Roma Papası XIV Leonun iyunun 6-12-də ölkəyə planlaşdırılan səfəri zamanı dövlət qurumlarının əməkdaşlarının məsafədən (onlayn) işləməsini tövsiyə edib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Əmək Nazirliyi məlumat yayıb.

Nazirlik Madrid, papanın Kataloniya və Kanar adalarına səfəri ilə əlaqədar hərəkət məhdudiyyətlərinin yarana biləcəyini nəzərə alaraq, dövlət orqanlarına məsafədən iş rejiminin tətbiq olunmasını tövsiyə edib.

Qurum qeyd edib ki, bu tövsiyə işçilərin təhlükəsizliyinin təmin edilməsinə, zəruri olmayan səfərlərin azaldılmasına və planlaşdırılan tədbirlər zamanı xidmət sektorunun və iqtisadi fəaliyyətin normal işləməsinə yönəlib.

Papa XIV Leonun İspaniyaya səfəri zamanı asayişin təmin edilməsinə 13 mindən çox hüquq-mühafizə orqanı əməkdaşı cəlb olunacaq.

İspaniyaya səfər etmiş son Roma Papası XVI Benedikt XVI olub. O, 2011-ci ildə Madriddə keçirilən Dünya Gənclər Günü çərçivəsində ölkəyə səfər etmişdi.