BAKI, 1 iyun. TELEQRAF
Macarıstan Prezidenti Tamaş Şuyok könüllü istefa verməkdən imtina edərsə, parlamentdə ona qarşı impiçment proseduru başlayacaq.
Teleqraf xəbər verir ki, bunu Macarıstan Baş naziri Peter Madyar deyib.
“Artıq prezidentə bildirmişəm ki, mövqeyini dəyişməsə və könüllü istefa verməsə, bu gün hakim “Tisa” fraksiyasına təkliflərimizi təqdim edəcəm və dərhal parlamentdə lazımi prosedurlara başlayacağıq. Həmçinin prezidentə söyləmişəm ki, Konstitusiya əsasında onun səlahiyyətlərindən məhrum edilməsi üçün bir neçə variant var”, - Madyar qeyd edib.
Baş nazir əlavə edib ki, zərurət yaranarsa, “Tisa” fraksiyası Tamaş Şuyokun vəzifədən kənarlaşdırılması üçün Konstitusiyaya düzəliş üçün parlamentə təkliflər təqdim edəcək. Madyar vurğulayıb ki, o, dövlət başçısı kimi vəzifələrini yerinə yetirməyib və keçmiş baş nazir Viktor Orbanın hökuməti tərəfindən son illərdə törədilən sui-istifadə hallarının qarşısını ala bilməyib.