BAKI, 25 may. TELEQRAF

Mayın 24-də Rusiyanın Ukraynanın paytaxtı Kiyevə genişmiqyaslı hücumu nəticəsində təxminən 300 obyekt, o cümlədən təxminən 150 yaşayış binası zərər görüb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

Dövlət başçısı bildirib ki, dünənki hücumların nəticələrinin aradan qaldırılması üçün işlər aparılır:

“Kiyevdə ümumilikdə 300-ə yaxın obyektə ziyan dəyib, əksəriyyəti yaşayış binalarıdır. Dünən gün ərzində təxminən 150 özəl və çoxmərtəbəli binada müxtəlif dərəcəli ziyan barədə məlumatlar daxil olub. Hazırda paytaxtda 3-ü uşaq olmaqla 87 nəfərin xəsarət aldığı məlumdur. 21 nəfər xəstəxanadadır, qalanları ambulator müalicə alır”.

Mayın 24-də ümumilikdə Ukraynanın 6 bölgəsi hücumna məruz qalıb. Zelenski vurğulayıb ki, hava hücumundan müdafiəni dəstəkləmək Ukraynanın bütün səviyyələrdə xarici siyasət işinin gündəlik prioritetidir: “Təcavüzkara təzyiq edilməli və bütün bu hücumlara görə məsuliyyətə cəlb olunmalıdır”.