BAKI, 30 aprel. TELEQRAF
“Ukraynada müharibənin dayandırılması üzrə danışıqlar ABŞ və dünyanın diqqətini özünə çəkən İran ətrafında yaranmış münaqişə səbəbindən dalana dirənib”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Dövlət başçısının sözlərinə görə, Kiyev nə Rusiya, nə də ABŞ-dən danışıqların mümkün bərpası ilə bağlı yeni siqnallar alıb.
“Düşünürəm ki, hər şey Yaxın Şərqdə vəziyyətin necə inkişaf etməsindən asılıdır”, - Ukrayna Prezidenti qeyd edib.
Zelenski həmçinin bildirib ki, nə rəsmi, nə də qeyri-rəsmi şəkildə mayın 9-da atəşkəslə bağlı heç bir təklif almayıb. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin telefon danışığında müzakirə etdiyi bildirilən bu məsələ barədə diplomatik kanallar vasitəsilə Vaşinqtondan məlumat tələb edib.
Prezident əlavə edib ki, ölkəsi İkinci Dünya müharibəsində həlak olanların xatirəsini mayın 8-də anır, bu səbəbdən Putinin nəzərdə tutduğu atəşkəsin müddəti də məlum deyil:
“Onlar bir neçə saat davam edəcək paradın sakit keçməsindən sonra yenidən hücumları bərpa etmək istəyirlər. Biz da hansısa atəşkəsin Rusiya tərəfindən taktiki aldatma üsulu olmasını istəmirik”.
O vurğulayıb ki, mülki əhalinin qorunmasına və əsir mübadiləsinə kömək edən atəşkəs təşəbbüslərini dəstəkləyir:
“Biz həmişə Rusiya ilə həqiqi atəşkəs təkliflərinə müsbət yanaşırıq, əgər belə təkliflər varsa”.