BAKI, 23 aprel. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və İran arasında atəşkəsi alqışladığını bildirib.
Teleqraf xəbər verir ki, dövlət başçısı bu barədə CNN-ə verdiyi müsahibədə danışıb.
“Düşünürəm ki, müharibədə istənilən fasilə yaxşıdır, çünki bu zaman insan itirmirsən. Rusiyanın sanksiyaların yumşaldılmasından nə qədər qazandığını bilmirəm, bu, narahatlıq doğurur, amma ən böyük çətinlik insan itkisidir. Əgər həyatları xilas edə bilirsinizsə, bu, həmişə əladır”, - o deyib.
Volodimir Zelenski Ukrayna tərəfinin atəşkəsi dəstəklədiyini vurğulayıb:
“Əlbəttə, davamlı sülh müharibəyə son qoymağın ən yaxşı yoludur, amma hazırda bu, mümkün deyilsə, istənilən fasilə gözəldir”.