BAKI, 17 aprel. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa məlumat verib.
“Türkiyədə Ərdoğan və Trampın iştirakı ilə Zelenski-Putin formatında liderlərin görüşünə hazırıq. Bu yaxınlarda bu siqnalı türk tərəfdaşlarımıza çatdırmışıq. Türkiyə sülh səylərində mühüm rol oynayır”, - Sibiqa qeyd edib.