BAKI, 16 aprel. TELEQRAF
“Rusiya Ukraynanın Donbas bölgəsinin işğalını sentyabr ayına qədər tamamlamağı planlaşdırır”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Hərbi Kəşfiyyat Xidməti rəisinin müavini Vadim Skibitski “Financial Times”a deyib.
“Rusiya Ukraynanın cənub-şərqində yeni quru əməliyyatı planlaşdırır, buradakı qüvvələrinə təxminən 20 min hərbçi əlavə edir. Ümumilikdə Ukrayna ərazisindəki Rusiya qüvvələrinin sayı təxminən 680 min nəfərə çatır”, - o bildirib.