BAKI, 6 aprel. TELEQRAF

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Novorossiysk şəhərində “Admiral Qriqoroviç” freqatını vurub.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi bildirib.

Brovdi hava hücumu zamanı Novorossiyskdə “Sivaş” qazma qurğusunun da hədəf alındığını söyləyib.

“Admiral Qriqoroviç” Rusiya Hərbi Dəniz Donanmasının “Burevestnik” layihəsinə aid ilk hərbi freqatıdır, “Kalibr” qanadlı raketlərinin (8 ədəd) və “Ştil-1” zenit-raket kompleksinin (24 raket) daşıyıcısıdır”, - o əlavə edib.