BAKI, 9 mart. TELEQRAF
İspaniyanın solçu “Podemos” Partiyası krallığın NATO-dan çıxması ilə bağlı referendum keçirilməsini təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə siyasi partiyanın sözçüsü Pablo Fernandes mətbuat konfransında bildirib.
Fernandes deyib ki, “Podemos” İspaniya hökumətindən ölkədəki ABŞ hərbi bazalarını bağlamağı, NATO-dan çıxmağı və ya bununla bağlı referendum keçirməyi tələb etməkdə davam edir.
“Ordumuzun istənilən münaqişədə - ya kiməsə hücumda, ya da Aralıq dənizindəki NATO bazalarının müdafiəsində iştirakının qarşısını almalıyıq”, - o vurğulayıb.