BAKI, 25 fevral. TELEQRAF

“Avropa güc dilində danışmağı öyrənməlidir”.

Teleqraf xəbər verir ki, bunu Niderlandın yeni Baş naziri Rob Jetten deyib.

“Geosiyasətin qısa müddətdə güc siyasətinə çevrildiyini görməzdən gələ bilmərik. Köhnə ittifaqlar daha az davamlı hala gəlib. Avropa güc dilində danışmağı öyrənir, buna təcili ehtiyac var. İnanırıq ki, güclü Avropa və güclü Niderland əl-ələ verməlidir”, - o, baş nazir kimi parlamentdəki ilk çıxışında bildirib.