BAKI, 5 fevral. TELEQRAF
“Qazaxıstan və Belarus bu çılğın dünyada bir-birini itirməməlidir”.
Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Sizdən çox xahiş edirəm: bir-birimizi itirməyək. Heç bir ölkə, hətta Amerika belə, bu gün digərlərindən asılı olmadan inkişaf edə bilməz. Ona görə də sizə təklif edirəm: bu çılğın dünyada bir-birimizi itirməyək”, - Belarus lideri Qazaxıstan parlamentinin aşağı palatasının Yelan Koşanovla görüşdə bildirib.