BAKI, 4 fevral. TELEQRAF

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərb ölkələrindən ibarət “Könüllülər Koalisiyası”na məxsus hərbi qüvvələrin Ukraynada yerləşdirilməsi planını “açıq hərbi müdaxilə” adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, brifinqdə bildirib.

“Bütün bunlar açıq-aşkar xarici hərbi müdaxilə planıdır. Bunu belə adlandırmaq lazımdır”, - Zaxarova vurğulayıb.

NATO baş katibi Mark Rutte bundan əvvəl açıqlamışdı ki, Ukraynada sülh təmin edildikdən dərhal sonra orada qoşunlar, silahlar, aviasiya və dəniz hərbi qüvvələri yerləşdiriləcək.