BAKI, 3 fevral. TELEQRAF
“Ukrayna uzunmüddətli sülhə maraqlıdır”.
Teleqraf xəbər verir ki, bunu Ukraynada səfərdə olan NATO baş katibi Mark Rutte deyib.
“Fikrimcə, Ukrayna Prezidenti Volodimir Zelenski qaydalar üzrə oynamağa, ruslarla saziş imzalamağa hazırdır. Amma amma bu razılaşma bütün tərəflər üçün, xüsusilə də, Ukrayna üçün qəbuledilən olmalıdır”, - alyans rəhbəri bildirib.
Rutte Rusiyanın sülh sazişini imzalamağa hazır olub-olmamasını sual olaraq qaldığını da qeyd edib:
“Ümid edək ki, onlarda da belədir. ABŞ Prezidenti Donald Tramp öz komandası ilə birlikdə bu dəhşətli müharibəyə son qoymaq üçün əlindən gələni edir, buna görə onlara minnətdaram. O, bunu edə biləcək yeganə insandır”.