BAKI, 3 fevral. TELEQRAF

“Sülh razılaşması əldə edilən kimi, dərhal silahlı qüvvələr Ukraynada yerləşdiriləcək”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Ali Radasında çıxışı zamanı NATO baş katibi Mark Rutte deyib.

O vurğulayıb ki, alyans Ukraynanın yanındadır və ölkənin güclü dəstəyə ehtiyacı var.

“ABŞ, Avropa və Kanada müəyyən təhlükəsizlik təminatları verməyə hazır olduqlarını bildiriblər. “Könüllülər Koalisiyası” bu təminatların hazırlanması istiqamətində irəliləyiş əldə edir, bu barədə ötən ay Parisdə də danışılıb. Prezident Zelenski də buna toxunub”, - o qeyd edib.

Ruttenin sözlərinə görə, sülh razılaşması əldə olunan kimi, dərhal silahlı qüvvələr yerləşdiriləcək, təyyarələr havaya qalxacaq və dənizdə dəstək təmin olunacaq. O əlavə edib ki, NATO-nun digər üzvləri də başqa yollarla yardım göstərəcək.