BAKI, 21 yanvar. TELEQRAF
NATO baş katibi Mark Rutte alyansın bütün müttəfiqlərini Rusiyanın hər gün PUA və raketlərlə hücum etdiyi Ukraynaya dəstəyin vacibliyini unutmamağa çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə o, Davos Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.
Ruttenin sözlərinə görə, Ukrayna məsələsi prioritet olmalıdır, Qrenlandiya mövzusu da daxil olmaqla digər bütün məsələlər isə bundan sonra müzakirə edilməlidir.
Xüsusilə o, diqqətin azalması səbəbindən Ukraynanın hava hücumundan müdafiə üçün kifayət qədər vasitələr və ya zəruri ABŞ avadanlığına malik olmamağından narahatlığını ifadə edib:
“Bu səbəbdən diqqətimizin mərkəzində Ukrayna dayanmalıdır. Daha sonra isə Qrenlandiya da daxil olmaqla, bütün digər məsələləri müzakirə edə bilərik. Amma Ukrayna birinci olmalıdır, çünki bu, Avropa və Amerikanın təhlükəsizliyi üçün həlledici əhəmiyyət daşıyır”.
NATO baş katibinin fikrincə, Qrenlandiya məsələsi də dinc yolla həll edilməlidir: “Amma hazırda əsas məsələ Qrenlandiya deyil, əsas məsələ Ukraynadır”.