BAKI, 1 yanvar. TELEQRAF

Almaniyada yeni il şənlikləri zamanı istifadə olunan pirotexniki vasitələrin səbəb olduğu qəzalar nəticəsində 2 nəfər ölüb, çox sayda insan yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Alman Xəbər Agentliyi (dpa) məlumat yayıb.

Bildirilib ki, Bielefeld şəhərində 18 yaşlı iki gənc özlərinin hazırladığı partlayıcı vasitə nəticəsində ölüb. Rostok yaxınlığında fişəngin partlaması nəticəsində 23 yaşlı bir kişi isə sol əlini itirib.

Berlində 25 nəfər əl və barmaq xəsarətləri təcili tibbi yardım xidmətlərinə müraciət edib. Onlardan səkkizinin vəziyyəti çox ciddidir.

Məlumatda o da bildirib ki, Berlində təhlükəsizlik baxımından yeni il tədbirlərinə 4 min 300 polis əməkdaşı cəlb edilib. Tədbirlər zamanı 20 polis əməkdaşı yüngül xəsarət alıb.

Berlin polisi müxtəlif insidentlərlə əlaqədar təxminən 400 nəfərin müvəqqəti olaraq saxlanıldığını, gecə ərzində isə çox sayda qanunsuz pirotexniki vasitələrin müsadirə edildiyini açıqlayıb.