BAKI, 27 dekabr. TELEQRAF
Avropada Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında planlaşdırılan görüşün gözlənilməz nəticələrə səbəb ola biləcəyi ilə bağlı narahatlıq var.
Teleqraf xəbər verir ki, bu barədə CNN mənbələrə istinadla məlumat yayıb.
Avropa liderləri Kiyev-Vaşinqton münasibətlərinin hazırkı dinamikasını məhsuldar hesab edirlər. Amma ABŞ Prezidenti ilə istənilən görüşün nəticəsinin gözlənilməz olmasından narahatdırlar.
NATO rəsmisi CNN-ə deyib: “Trampla həmişə risk etmək lazımdır”.