BAKI, 25 noyabr. TELEQRAF
Belarus Prezidenti Aleksandr Lukaşenko gələcəkdə növbəti prezidentlə Ümumbelarus Xalq Məclisi arasında qarşıdurmanın yaranmasını yolverilməz adlandırıb.
Teleqraf xəbər verir ki, o, bu barədə sözügedən qurumun iclasında danışıb.
“Ola biləcək ən təhlükəli şey, bunu insanlar da, xüsusilə mütəxəssislər də qeyd edirlər, Ümumbelarus Xalq Məclisinin gələcəkdə başqa bir prezidentlə qarşıdurmaya getməsidir. Bu, fəlakətdir. Heç bir qarşıdurma olmamalıdır. Ona görə də Ümumbelarus Xalq Məclisi və onun işi üslubunu qurarkən, hər kəsin öz işi ilə məşğul olacağı şəkildə təşkil etmək lazımdır”, - dövlət başçısı bildirib.
Aleksandr Lukaşenko qeyd edib ki, Ümumbelarus Xalq Məclisi artıq bir neçə ildir fəaliyyət göstərir, amma ilk dəfədir həm mahiyyət, həm də forma baxımından ona bu qədər diqqət yetirilir: “Buna görə də Ümumbelarus Xalq Məclisi və onun iş üslubunu formalaşdırmaq lazımdır ki, bu üslub daim qorunsun. Bu üslubun formalaşdırılması illər tələb edə bilər, amma bu işə artıq indidən başlamaq lazımdır”.