BAKI, 22 oktyabr. TELEQRAF

Rusiya bir neçə gün əvvəl ABŞ-yə göndərdiyi özəl kommünikedə Ukrayna ilə sülh sazişinin ilkin şərtlərini təsdiqləyib.

Teleqraf xəbər verir ki, bunu “qeyri-rəsmi sənəd” kimi qəbul edilən kommünike barədə vəziyyətlə tanış olan iki ABŞ rəsmisi “Reuters” agentliyinə deyib.

ABŞ rəsmilərindən biri bildirib ki, sənəd Rusiyanın Ukraynanın bütün Donbas bölgəsi üzərində nəzarəti ələ keçirmək tələbini təsdiqləyib.

“Bu mövqe ABŞ Prezidenti Donald Trampın münaqişənin hazırkı cəbhə xəttində dondurulmalı olduğu fikrini faktiki olaraq təkzib edir”, - nəşr yazıb.

Rəsmilərdən biri qeyd edib ki, Rusiya həmçinin NATO qoşunlarının Ukraynada heç bir sülh sazişinin bir hissəsi kimi yerləşdirilməyəcəyi ilə bağlı əvvəlki mövqeyini bir daha təsdiqləyib.

Vurğulanıb ki, qeyri-rəsmi sənədlə bağlı xəbər Donald Tramp və Vladimir Putinin Budapeştdə gözlənilən görüşünün ləğvi fonunda yayılıb.

Ağ Ev rəsmisi “Reuters”ə yaxın gələcəkdə belə bir görüşün planlaşdırılmadığını açıqlayıb.