BAKI, 13 oktyabr. TELEQRAF

“Ukrayna ABŞ-nin ildə 15 milyard dollar dəyərində silah tədarükü olmadan salamat qala bilməz, buna görə də Avropa ölkələrinin hökumətləri pul hazırlamalıdır”.

Teleqraf xəbər verir ki, bu barədə NATO baş katibi Mark Rutte alyansın parlament assambleyasının Lyublyanadakı sessiyasında bəyan edib.

“Ukrayna ABŞ-dən gələn nəhəng silah axını olmadan salamat qala bilməz. Buna görə də çox şadam ki, ABŞ Prezidenti Donald Tramp avropalılar tərəfindən maliyyələşdirilən tədarükləri yenidən bərpa etməyə razılaşıb”, - o bildirib.

Ruttənin sözlərinə görə, ABŞ ildə 10–12–15 milyard dollar dəyərində silah, o cümlədən hava hücumundan müdafiə və raket əleyhinə sistemlər verə bilər ki, bu sistemlərdən başqa heç kimdə yoxdur.

“Xahiş edirəm, öz hökumətlərinizə müraciət edin ki, vəsait ayırsınlar”, - NATO baş katibi assambleya üzvlərinə müraciət edib.