BAKI, 8 oktyabr. TELEQRAF
Alman tələbənin televiziya verilişində Rusiya Prezidenti Vladimir haqqında söylədiyi fikirlər Almaniyada qalmaqala səbəb olub.
Teleqraf xəbər verir ki, bu barədə “Frankfurter Rundschau” məlumat yayıb.
Hadisə ARD televiziyasının proqramında məcburi hərbi xidmətə çağırış məsələsi müzakirə olunarkən baş verib.
Hannover şəhərindən olan 19 yaşlı tələbə müzakirə zamanı deyib:
“Mən orduda xidmət etmək istəmirəm və Almaniyanı müdafiə etməyə getməzdim. Əgər Almaniyanın döyüşməsi və ya Putin tərəfindən idarə olunması arasında seçim etməli olsaydım, Putini seçərdim”.
O iddia edib ki, Rusiya ilə müharibə Ukraynaya heç bir fayda gətirməyib.
Tələbənin sözləri proqramın digər iştirakçıları və aparıcıların etirazına səbəb olub və tamaşaçıları qəzəbləndirib.