BAKI, 6 oktyabr. TELEQRAF
“Belçika hələ də pilotsuz təyyarələrin yaratdığı təhlükənin qarşısını ala bilmir, əks tədbirlərin həyata keçirilməsi sürətləndirilməlidir”.
Teleqraf xəbər verir ki, bu barədə Belçika müdafiə naziri Teo Franken bildirib.
“Bunu ciddi dərəcədə sürətləndirməliyik, çünki hələ bu fenomenlə mübarizə aparmağa hazır deyilik”, - nazir qeyd edib.
Teo Franken vurğulayıb ki, bu məsələdə heç bir gecikmə olmamalıdır, çünki pilotsuz təyyarələrin hava məkanlarına qanunsuz daxil olması halları bütün Avropada təkrarlanır.