BAKI, 25 sentyabr. TELEQRAF

Avropa Komissiyasının (AK) rəhbəri Ursula Fon der Lyayenin ətrafında yeni qalmaqal alovlanır.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Parlamentinin Macarıstandan olan deputatı Kinqa Qal “X” sosial şəbəkəsində yazıb.

“Avropa ombudsmanı onun Fransa Prezidenti Emmanuel Makrona Aİ və MERKOSUR arasındakı sövdələşmə barədə məxfi mesajlar yazması ilə bağlı araşdırmaya başlayıb. “Pfizergate” qalmaqalında olduğu kimi, bu dəfə də mesajlar yoxa çıxıb”, - paylaşımda deyilir.

Deputatın sözlərinə görə, bu hadisə Avropa Komissiyasında şəffaflığın olmadığını göstərir. Qal həmçinin Aİ qurumlarında şəffaflığın təmin edilməsinə çağırıb, məxfi danışıqlara və yoxa çıxan SMS-lərə yol verməməyi tələb edib.