BAKI, 23 sentyabr. TELEQRAF

“NATO davam edən təxribatların qarşısını almaq üçün Rusiyanı qorxutmağa hazırdır”.

Teleqraf xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte mətbuat konfransında deyib.

NATO-nun davam edən Rusiya təxribatlarına daha sərt cavab verməyə hazır olub-olmaması ilə bağlı suala baş katib “Əlbəttə” cavabını verib.

“Amma biz həmişə vəziyyəti qiymətləndirərək bunu etməliyik”, - Rutte əlavə edib.

Xatırladaq ki, Rusiya bundan əvvəl NATO üzvləri Polşa, Rumıniya və Estoniyanın hava məkanlarını pozub.