BAKI, 10 iyul. TELEQRAF

Avropa Komissiyası Ukraynanın bərpası üçün 2,3 milyard avro məbləğində yeni maliyyə yardımı edəcək.

Teleqraf xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bu gün Romada keçirilən Ukraynanın bərpası konfransında çıxışı zamanı deyib.

“Bu gün Avropa İttifaqı Ukraynanın ən güclü tərəfdaşı olduğunu bir daha təsdiqləyir. Biz təkcə əsas donor deyil, həm də Ukraynanın gələcəyinə sərmayə qoyan strateji investoruq. Yeni maliyyə paketi çərçivəsində 2,3 milyard avro dəyərində sazişlər imzalanacaq. Bununla biz Ukraynada evlərin bərpası, xəstəxanaların fəaliyyətinin bərpası, biznesin dirçəldilməsi və enerji təhlükəsizliyinin təmin olunması üçün 10 milyard avroya qədər investisiyanın səfərbər edilməsinə nail olmağı hədəfləyirik",- o qeyd edib.