BAKI, 24 iyun. TELEQRAF
“ABŞ və İsrailin İrana zərbələrinin Tehranın nüvə məqsədlərinə həmişəlik mane olacağına ümid edirəm”.
Teleqraf xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts deyib.
“İranın nüvə proqramı təkcə İsraili deyil, həm də Avropanı və bütövlükdə dünyanı təhdid edir”, - kansler bildirib.
Merts xəbərdarlıq edib ki, İranla münaqişənin regionu müharibəyə sürükləməsinə imkan verilməməlidir və Berlin bu məqsədlə bütün mümkün diplomatik səyləri görür.